05 Aprel 2023, 17:40
FUTBOL
"Barselona" maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün mövsümün sonunda bir neçə böyük satış həyata keçirməli olacaq. Matc.az saytının yerli "Sport" nəşrinə istinadən məlumatına görə, İspaniya təmsilçisi transferlərdən təxminən 200 milyon avro qazanc götürməlidir.
Kataloniyalılar yay dönəmi üçün fəaliyyət planını hazırlayıb. Rəhbərlik heç bir halda satılmayacaq futbolçuları müəyyənləşdirib. Onlar Ronald Arauxo, Pedri və Frenki de Yonqdur. Bu oyunçular toxunulmaz sayılır.
Eyni zamanda, Mark-Andre ter Ştegen, Qavi, Aleks Balde, Jül Kunde, Rafinya və Robert Levandovskinin də satılması planda yoxdu. Baş məşqçi Xavi təkliflər almalarına baxmayaraq, Andreas Kristensen və Frank Kesyeni də itirmək istəmir.
"Barselona"nın alternativ variantı isə maaşları yüksək olan oyunçularla yolları ayırmaqdı.