07 Aprel 2023, 00:00
FUTBOL
"çelsi" sabiq çalışdırıcısı Frenk Lempardı yenidən baş məşqçi postuna təyin etsə də, onunla uzun müddət çalışmaq fikrində deyil. Matc.az saytı xəbər verir ki, Qrem Potteri əfsanəvi kapitanla əvəzləyən "zadəganlar" mövsümün sonu üçün indidən axtarışa başlayıb.
London təmsilçisi hətta növbəti mövsüm komandanı kimin çalışdıracağını da müəyyənləşdirib. Paytaxt klubu "River Pleyt"in keçmiş baş məşqçisi Marselo Qalyardonun təyinatı üçün çalışmalara başlayıb. 8 il rəhbərlik etdiyi "River Pleyt"dən ötən il ayrılan argentinalı mütəxəssis özü də Avropada işləməyin tərəfdarıdı. Hazırda tərəflər arasında danışıqlar davam edir.
Qeyd edək ki, "çelsi" hazırda İngiltərə Premyer Liqasında 39 xalla 11-ci pillədə qərarlaşıb.