"Barselona" Lionel Messini qaytarmaqda israrlıdı. Matc.az saytı xəbər verir ki, kataloniyalılar argentinalının keçidi zamanı problem yaşamamaq üçün danışıqları intensivləşdirib.
 
Rəhbərlik gələn həftə hətta La Liqa rəsmiləri ilə də görüşəcək. Klub maaşları La Liqanın gələn mövsüm üçün təyin etdiyi limitə endirmək üçün iqtisadi planlarını təqdim edəcək. Onlar ümid edir ki, çempionatın təşkilatçıları 36 yaşlı superulduzun keçidini həll etməyə imkan verəcək. çünki bu, "Barselona" ilə yanaşı, La Liqa üçün də faydalıdı.
 
Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Lionel Messi 2021-ci ildən PSJ-nin formasını geyinir.
 
XƏYAL
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest