Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb. Matc.az saytı xəbər verir ki, 306 klub arasında Azərbaycanın yeganə təmsilçisi "Qarabağ" yer alır.
 
Premyer Liqanın lideri martda açıqlanan reytinqlə müqayisədə mövqeyini dəyişməyib. Ağdamlılar 149 xalla 62-ci pillədə qərarlaşıb.
 
Reytinqdə lider dəyişməyib. "Flamenqo" 327 xalla zirvədəki yerini qoruyub. "Real" 298 xalla ikinci pillədə qalıbsa, "Mançester Siti" (254) üçüncü yer yüksəlib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest