Misli Premyer Liqasının XXIX turu "Turan Tovuz"un hücumçusu Runi Eva üçün əlamətdar olub. Matc.az saytı xəbər verir ki, kamerunlu forvard son 8 mövsümün rekorduna imza atıb.
26 yaşl oyunçu 2015-ci ildən bəri bir mövsümdə ən çox qol vuran afrikalı olub. Runi "Şamaxı" (1:1) ilə son qarşılaşmada fərqlənərək, cari mövsümdəki qollarının sayını 12-yə çatdırıb.
Ona qədər axırıncı dəfə AZAL-da çıxış edən konqolu Freddi Mombonqo 2014-15 mövsümündə 13 qolla yadda qalıb.
"Qarabağ"ın sabiq üzvü İbrahima Vadji isə ötən mövsüm 11 dəfə fərqlənmişdi. Runi sona 7 tur qalmış Vadjinin göstəricisini yaxşlaşdırmağı bacarıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest