10 Aprel 2023, 15:13
FUTBOL
Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) Misli Premyer Liqasının 2022-23 mövsümündə komandaların rəqibin qapısı önündə dəqiq ötürmə sayını açıqlayıb. Matc.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, üçüncü zonada ən çox görünən kollektiv "Qarabağ"dı.
Ağdam təmsilçisinin futbolçuları hər qarşılaşmada üçüncü zonada orta hesabla 161 dəqiqə ötürmə verir. Bu, Qurban Qurbanovun kollektivinin oyunlar zamanı daha çox təzyiq göstərdiyindən xəbər verir.
Premyer Liqanın ikincisi "Sabah" hər görüşdə üçüncü zonada orta hesabla 135 dəfə paslaşır. "Neftçi" 122 ötürmə ilə üçüncü pillədə yer alıb.
1. "Qarabağ" – 161 ötürmə
2. "Sabah" – 135
3. "Neftçi" – 122
4. "Qəbələ" – 84
5-7. "Kəpəz" – 82
"Səbail" - 82
"Zirə" – 82
8. "Sumqayıt" - 79
9. "Şamaxı" - 77
10. "Turan Tovuz" – 63