22 yaşlı forvard cari mövsüm Premyer Liqada 30, Çempionlar Liqasında 11, Liqa Kubokunda 1 və İngiltərə Kubokunda 3 qol vurub. O, ümumilikdə 39 görüşdə 45 dəfə fərqlənib.

"Mançester Siti"nin hücumçusu Erlinq Haland çempionlar Liqasının 1/4 final mərhələsində "Bavariya" ilə ilk qarşılaşmada növbəti rekorda imza atıb. Matc.az xəbər verir ki, norveçli forvard 3:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada son nöqtəni qoyaraq, buna nail olub.
 
O, cari mövsüm "şəhərlilər"in heyətində bütün turnirlərdə qol sayını 45-ə çatdırıb. Bununla Haland İngiltərə Premyer Liqasında çıxış edən oyunçular arasında bir mövsümdə ən çox qol vuran futbolçu rekordunu qırıb.
 
22 yaşlı forvard cari mövsüm Premyer Liqada 30, çempionlar Liqasında 11, Liqa Kubokunda 1 və İngiltərə Kubokunda 3 qol vurub. O, ümumilikdə 39 görüşdə 45 dəfə fərqlənib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest