Gələn mövsüm tarixində ilk dəfə avrokuboklarda iştirak edəcək "Sabah", eyni zamanda Premyer Liqa çempionluğuna iddia edəcək. Matc.az saytının məlumatına görə, baş məşqçi Murad Musayevin yay transfer dönəmindəki prioriteti müəyyənləşib.
 
Rusiyalı mütəxəssisin rəhbərliyin qarşısında ilk tələbi yarımmüdafiəçi Aleksey Kaşuku komandada saxlamaqdı. Donetsk "Şaxtyor"un icarəyə götürülən 22 yaşlı yarımmüdafiəçinin bakılılarla müqaviləsi mövsümün sonuna qədərdi.
 
"Sabah"da hər kəs ukraynalı hücumameyilli oyunçunun qalmasını arzulayır. Ancaq bu, heç də asan olmayacaq. çünki Bakı klubunun heyətində parlaq çıxışı ilə diqqət çəkən Ukraynanın gənclər millisinin üzvünün "Şaxtyor"a qayıtmaq ehtimalı da var. üstəlik, onun transfer qiyməti olduqca yüksək qiymətləndirilir.
 
"Sabah"la "Şaxtor" arasında danışıqlar hazırda davam edir. Ancaq bakılılar hələlik müsbət mənada heç bir irəliləyişə nail ola bilməyiblər.
 
Qeyd edək ki, Aleksey Kaşukun "Şaxtyor"la müqaviləsi gələn ilin yayına qədərdi.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest