UEFA çempionlar Liqasında həftənin futbolçusu bəlli olub. Matc.az xəbər verir ki, 1/4 final mərhələsin ilk oyunları çərçivəsində keçirilən matçların ardından İngiltərənin "Mançester Siti" klubunun müdafiəçisi Con Stounz həftənin ən yaxşısı seçilib.
 
Xatırladaq ki, Stounz Almaniyanın "Bayern" komandasını 3:0 hesabı ilə məğlub etdikləri ilk görüşdə məhsuldar ötürmə verib.
 
Həftənin ən yaxşı oyunçusu adına Brahim Dias ("Milan", İtaliya), Vinisius Junior ("Real", İspaniya) və Alessandro Bastoni ("İnter", İtaliya) də namizəd idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest