17 Aprel 2023, 10:30
FUTBOL
"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda XXI əsrdə Azərbaycan çempionatında ən çox penalti vuran futbolçudu. Matc.az saytı xəbər verir ki, Ağdam klubunun üzvü Misli Premyer Liqasının XXX turunda "Sabah"la qarşılaşmada 25-ci dəfə penaltidən yararlanıb.
O, komandasının 1:2 hesabı ilə məğlub olduğu qarşılaşmada yeganə qola məhz onbirmetrlik zərbədən imza atıb.
Bu, Azərbaycan millisinin üzvünün Azərbaycan çempionatlarında penaltidən 23-cü qolu olub. O, digər iki şansı əldən verib.