Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov klubu "Aue"də qalmaqalla gündəmə gəlib. Matc.az saytı xəbər verir ki, 33 yaşlı futbolçu Bundesliqa III-ün 32-ci turunda "Veri" ilə oyunda azarkeşlərlə mübahisə edib.
 
Komandanın son turlardakı uğursuz çıxışı yerli fanatların qəzəbinə səbəb olub. Nazarov "Veri" ilə görüşün 79-cu dəqiqəsində komandası hesabda 1:3 geridə olarkə əvəzlənib. O, həmin an yaxın tribunadakı fanatlar tərəfindən fitə basılıb. Buna əsəbləşən Nazarov onlarla mübahisəyə girişib.
 
Qeyd edək ki, oyun "Aue"nin 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Komanda hazırda 39 xalla 11-ci yerdə qərarlaşıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest