ölkə xaricində çıxış edən daha bir futbolçumuz Azərbaycanda çıxış edə bilər. Matc.az saytının məlumatına görə, "Levadiya"nın formasını geyinən Murad Vəliyev Premyer Liqa kublarının diqqət mərkəzinə düşüb.
 
"Levadiya"nın yetirməsi olan və karyerası ərzində Estoniya ilə yanaşı, Almaniya klublarının da aşağı yaş qrupları komandaların çıxış edən Vəliyev istedadlı vingerlərdən sayılır. Onun hücumla yanaşı, müdafiənin sağında da oynamaq bacarığı olması klublarımızın xüsusi marağına səbəb olub.
 
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü daha çox "Səbail" və "Neftçi"nin gündəmindədi. Birincilər elitada qalarsa, 21 yaşlı Muradı əsas heyət üzvü kimi transfer etməyə çalışacaq.
 
"Neftçi" isə onunla uzunmüddətli müqavilə bağlamağı və alternativ qüvvə kimi heyətə cəlb etməyi planlaşdırır.
 
Qeyd edək ki, Murad Vəliyevin "Levadiya" ilə müqaviləsi gələn ilin sonuna qədərdi. Əvvəllər Estoniyanın U-16 və U-18 yığmalarına çağırılmış gənc futbolçu ötən ildən Azərbaycanın U-21 yığmasının şərəfini qoruyur.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest