18 Aprel 2023, 08:15
FUTBOL
Qleyzer ailəsi "Mançester Yunayted"in sahibləri olaraq qala bilər. Matc.az saytı xəbər verir ki, amerikalı biznesmenlər "qırmızı şeytanlar"ın əvvəlki əzəmətini qaytarmağın planlarını cızırlar.
Coel və Avram Qleyzer "Mançester Yunayted"in sahibləri kimi qalacaqlarına əmindilər. Onlar növbəti onillikdə komandanın dəyərini ikiqat artırmağa kömək edəcək kənar investisiyalar cəlb edə biləcəklər. Buna görə də, Qleyzer ailəsi "Mançester Yunayted"i satmaqdan imtina edəcək.
Qeyd edək ki, Qleyzer ailəsi 2005-ci ildən "Mançester Yunayted"ə rəhbərlik edir.