Azərbaycan Kubokunda yarımfinal mərhələsində "Qəbələ" ilə "Səbail" arasında keçiriləcək ilk oyunun VAR hakimləri müəyyənləşib. Matc.az saytı xəbər verir ki, bu gün baş tutacaq qarşılaşmada FIFA dərəcəli referi Əliyar Ağayev VAR-da olacaq.
 
Zeynal Zeynalov isə qarşılaşmaya AVAR kimi təyinat alıb.
 
Görüşün baş hakimi Elçin Məsiyev olacaq.
 
Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 18:00-da başlayacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest