18 Aprel 2023, 11:09
FUTBOL
"Turan Tovuz"un hücumçusu Runi Eva növbəti mövsüm də Azərbaycan Premyer Liqasında çıxış edə bilər. Matc.az saytının əldə etdiyi məlumata görə, kamerunlu forvard bir neçə elita təmsilçisindən konkret təklif alıb.
Adı, xüsusən də, "Neftçi" ilə birgə hallanan 26 yaşlı qolçunu indi də "Sumqayıt" heyətinə qatmaq arzusundadı. "Gənclik şəhəri" təmsilçisi hazırda yüksək liqada qalmaq barədə düşünür. Komanda elitada qala bilsə, mövsümün sonunda Eva ilə danışıqlar intensivləşəcək.
Həmçinin "Turan Tovuz" da aparıcı oyunçusunu saxlamaq niyyətindədi. Yeni müqavilə ilə bağlı tərəflər arasında ilkin söhbət də olub. Lakin forvard qərar verməkdə tələsmir.
Qeyd edək ki, bu mövsüm Premyer Liqada 12 qol vuran Runi Evanın "Turan Tovuz"la müqaviləsi yaya qədərdi.