"Milan"ın baş məşqçisi Stefano Pioli çempionlar Liqasının 1/4 finalında "Napoli" ilə keçiriləcək cavab oyunu haqda danışıb. Matc.az İtaliya mətbuatına istinadən xəbər verir ki, mütəxəssis komandasının ilk görüşdə əldə etdiyi bir qol üstünlüyünü qorumaq üçün oynamayacağını bildirib:
 
"Əlbəttə, çempionatda liderliyi qorumağa diqqət yetirmək səhv olardı. "Napoli" uzun müddətdir çempionlar Liqasında evdə uduzmur. "Liverpul", "Ayaks", "Reyncers" və "Ayntraxt" kimi komandalara orta hesabla 3-4 qol vurur. Bizim yalnız minimal üstünlüyümüz var, öz oyunumuzu oynamalıyıq. Düşünürəm ki, topla çox yaxşı oynayırıq. Bu mühüm element olacaq. Həm biz, həm də "Napoli" bir-birimiz üçün çoxlu şanslar və problemlər yaratdıq. "Napoli" San-Siroda oyuna bizdən daha güclü başladı, ona görə də bu, bizim üçün yaxşı dərs oldu". 
 
Xatırladaq ki, "Napoli" "Milan"la ilk görüşdə 0:1 hesabı ilə məğlub olub.
.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest