Misli Premyer Liqasında çıxış edən klubların maliyyə menecerləri üçün seminar keçirilib. Matc.az saytı xəbər verir ki, UEFA-nın İT Tool proqramına həsr olunan tədbir AFFA-nın inzibati binasında baş tutub.
 
Lisenziyalaşdırma Qrupu tərəfindən təşkil edilən seminarda UEFA-nın maliyyə dayanıqlığı üzrə qaydaları müzakirə olunub.
Eyni zamanda klub nümayəndələri ötən maliyyə ilinə aid müvafiq məlumatları həmin proqrama daxil ediblər.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest