PSJ-nin müdafiəçisi Serxio Ramos daha bir mövsümü Avropada keçirmək istəyir. Matc.az saytı xəbər verir ki, Fransa klubu 37 yaşı ulduz futbolçuya mövsümün sonuna qədər olan müqavilə müddətini uzatmaq təklifi etməyib.
 
Parislilər Liqa1-də çempionluğu təmin edənə qədər Ramosla danışıq aparmaq fikrində deyillər. Doğrudu, rəhbərlik ispaniyalı müdafiəçinin çıxşından məmnundu. Ancaq Ramos PSJ-də qalmaq üçün maaşının azaldılmasına razı olmalıdı.
 
Qeyd edək ki, Serxio Ramos PSJ-nin heyətində bütün turnirlərdə 38 oyuna çıxıb, 3 qol vurub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest