19 Aprel 2023, 09:28
FUTBOL
"Ona görə bir az narahat idim. 10 nəfərlə asan olmayacaqdı"
Madrid "Real"ının baş məşqçisi Karlo Ançelotti komandasının "çelsi" ilə görüşdə qələbə qazanmasını və çempionlar Liqasının yarımfinalına yüksəlməsini şərh edib. Matc.az xəbər verir ki, italiyalı mütəxəssis London təmsilçisinin onlara problemlər yaratdığını bildirib:
"Rəqib hər şeyi sınadı, bizə problem yaratdı, xüsusən də sol cinahda, amma sonra düzəlişlər etdik. Bu matçda hər şey var idi və dözmək məcburiyyətində qalmağımız da təbiidir. Müdafiədə çox səviyyəli oynadıq. "çelsi" hesabı açmağa yaxın idi, amma Kurtua çox vacib seyv etdi. İkinci hissədə oyuna daha yaxşı nəzarət etdik, əks-hücumlarda daha çox olduq və ikinci qolu vura bildik".
Ançelotti vurğulayıb ki, Militaonun qovulacağından narahat olub: "Ona görə bir az narahat idim. 10 nəfərlə asan olmayacaqdı. Militao əla oyun keçirdi. O, ilk yarımfinal oyununda oynamayacaq, amma ümid edirəm ki, Alaba sağalacaq. Yarımfinala gəlincə, biz özümüzü düşünürük, amma "Milan"a görə sevinirəm, onlar çoxdandır ki, yarımfinalda oynamırlar. "Napoli"yə isə yazığım gəlir, bu klub da mənim üçün əzizdir".