"Napoli" də Çempionlar Liqasını əla keçirdi. Bu gün bir az təcrübəsizliyin əziyyətini çəkdik"

"Napoli"nin baş məşqçisi Luçano Spaletti komandasının çempionlar Liqasını tərk etməsinə münasibət bildirib. Matc.az xəbər verir ki, italiyalı mütəxəssis "Milan"la 1:1 hesablı heç-heçədən sonra keçirilən mətbuat konfransında təcrübəsizlikdən gileylənib. 
 
"Milanı təbrik edirəm. "Napoli" də çempionlar Liqasını əla keçirdi. Bu gün bir az təcrübəsizliyin əziyyətini çəkdik. Rəqib penaltini qaçırdı və "Milan"ın qolundan yayınmaq olardı. Balanslı oynadıq, topa tam sahib idik. "Milan" yeganə şansdan sonra qol vurdu, biz də bunu edə bilmədik".
 
Spaletti hakimlikdən narazı qalıb: "Lozanonun cəzası göz qabağındadı. O, topuqlarını bükdü, təkrarlarda çox aydın görünür. Ayağından açıq-aydın təpiklə vuruldu,  təmiz penaltidir. Bu təmas deyil, ayağa zərbədir, əks halda, topuq belə çıxmaz. Sonra insanlar şikayət etdiyimizi deyirlər".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest