Azərbaycan Kubokunda yarımfinal mərhələsinin "Turan Tovuz"la "Neftçi" arasında keçiriləcək ilk görüşünün VAR təyinatları açıqlanıb. Matc.az saytı xəbər verir ki, bu gün baş tutacaq qarşılaşmada videotəkrardan Cavid Cəlilov məsuliyyət daşıyacaq.
 
Tovuz şəhər stadionunda baş tutacaq görüşə Eyyub İbrahimov AVAR kimi iş başında olacaq. Görüşün baş hakimi isə Rəşad Əhmədovdu.
 
Qeyd edək ki, "Turan Tovuz" - "Neftçi" qarşılaşması saat 16:00-da başlayacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest