19 Aprel 2023, 11:42
FUTBOL
"Liverpul"un və İngiltərə millisinin əfsanəsi Stiven Cerard Yunanıstanda işləyə bilər. Matc.az xəbər verir ki, veteran futbolçu "Olimpiakos"un baş məşqçisi olmağa namizəddir.
Agentlər kluba 42 yaşlı məşqçinin xidmətlərini təklif ediblər. Hazırda o, "Milan", "Napoli" və "Valensiya"nın sabiq baş məşqçisi Cennaro Qattuzo ilə birlikdə əsas namizədlərdən biri hesab olunur.
"Olimpiakos"un sahibi ilə Cerrard arasında yaxşı münasibət olduğu və bu təyinatda rol oynaya biləcəyi qeyd edilir.
Cerardın son iş yeri 2022-ci ilin oktyabrında tərk etdiyi "Aston Villa" olub.
"Olimpiakos" bu mövsüm Yunanıstan liqasında üçüncüdür. Komanda 30 oyunda 63 xal toplayıb və lider AEK və "Panatinaikos"dan 6 xal geri qalır.