Azərbaycan Kubokunun yarımfinal mərhələsində keçirilən ilk oyunlardan sonra rekordlar qeydə alınıb. Matc.az saytı xəbər verir ki, son 14 ildə ilk dəfə turnirin bu mərhələsində 5-dən çox qol vurulub.
 
Belə ki, "Qəbələ" - "Səbail" (3:2) və "Turan Tovuz" - "Neftçi" (1:0) qarşılaşmalarında qapılardan ümumilikdə 6 top keçirilib.
 
Son 14 il ərzində 2015-16 və 2016-17 mövsümlərində də yarımfinalda eyni sayda qol olub.
 
2008-09 mövsümündə 8 qol vurulub ki, Həmin vaxt "Qarabağ" "Bakı"ya 2:1, "İnter" "Qəbələ"yə 5:0 hesabı ilə qalib gəlib.
Yarımfinal mərhələlərinin ilk görüşləri üçün rekord 1994-95 mövsümündə olub. Həmin vaxt iki qarşılaşmada 9 qol vurulub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest