Çempionlar Liqasında ən çox qələbə qazanan baş məşqçi isə Ançelottidi (105). "Mançester Yunayted"in əfsanəvi çalışdırıcı Aleks Ferqyuson 102 qalibiyyətlə ikinci yerdədi.

çempionlar Liqasının (çL) 1/4 final mərhələsində "Bavariya"nı mübarizədən kənarlaşdıran "Mançester Siti"də baş məşqçi Pep Qvardiola üçün bu uğur əlamətdar olub. Matc.az saytı xəbər verir ki, ispaniyalı karyerasında 10-cu dəfə turnirin yarımfinal mərhələsində iştirak edəcək.
 
Bu isə turnir tarixinin mütləq rekordudu. Qvardiolanın ən yaxın izləyicisi 9 yarımfinalla hazırda "Real"a rəhbərlik edən Karlo Ançelottidi.
Qvardiola eyni zamanda çL-də 100-cü qələbəni ən tez qazanan mütəxəssisdi. İspaniyalıya bunun üçün 158 görüş kifayət edib. 
 
çempionlar Liqasında ən çox qələbə qazanan baş məşqçi isə Ançelottidi (105). "Mançester Yunayted"in əfsanəvi çalışdırıcı Aleks Ferqyuson 102 qalibiyyətlə ikinci yerdədi.
 
Qeyd edək ki, evdə "Bavariya"nı 3:0 hesabı ilə məğlub edən "Mançester Siti" səfərdə 1:1 hesablı heç-heçə edib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest