"Oyun tərzimizdən çox razıyam". Matc.az xəbər verir ki, bunu "Bavariya"nın baş məşqçisi Tomas Tuxel deyib. 
 
çempionlar Liqasının 1/4 finalında "Mançester Siti" ilə cavab oyununu (1:1) şərh edən almaniyalı mütəxəssis bildirib ki, bundan sonra əsas diqqət Bundesliqaya yönələcək: "Avropanın ən yaxşı komandası ilə bərabər şəraitdə mübarizə apardıq. Mövsüm bitməyib. İndi diqqətimizi Bundesliqada çempionluq uğrunda mübarizəyə yönəldəcəyik".
 
"Bavariya"nın idman direktoru Hasan Salihamidciç isə matçın baş hakimindən narazı qalıb: "Hakimin pis olmasına baxmayaraq, biz çox yaxşı oyun göstərdik. Daha çox qol vurmalı idik. Levandovskini kimlə əvəzləyəcəyik? Yayda məşqçilər korpusu ilə bu məsələnin üzərində işləyəcəyik".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest