20 Aprel 2023, 11:54
FUTBOL
çempionlar Liqasının 1/4 final mərhələsinin "Mançester Siti" ilə cavab oyunu "Bavariya"nın futbolçusu Jozua Kimmix üçün əlamətdar olub. Matc.az saytı xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi 1:1 hesabı ilə başa çatan qarşılaşmanın 83-cü dəqiqəsində penaltidən fərqlənərək, komandasını məğlubiyyətdən xilas edib.
Kimmix, bununla "Bavariya"dakı karyerasında ilk dəfə penaltidən qol vurub. O, buna qədər sonuncu dəfə 8 il əvvəl penalti yerinə yetirib.
Maraqlıdı ki, bu, Almaniyanın U-21 yığmasının heyətində Azərbaycan millisinə qarşı görüşə təsadüf edib. 2015-ci il sentyabrın 8-də Bakıda baş tutan qarşılaşmada Kimmix komandasının ikinci qolunu penaltidən vurub. Həmin matçda almanlar 3:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, ilk oyunda "Mançester Siti"yə 0:3 hesabı ilə məğlub olan "Bavariya" çempionlar Liqası ilə vidalaşıb.