"çelsi" çempionlar Liqasına vəsiqə qazana bilməsə, bəzi futbolçularının maaşı azalacaq. Matc.az Britaniya mediasına istinadən xəbər verir ki, uğursuzluq olacağı təqdirsə, əksər futbolçular maaşlarının 30 faizini itirəcək.
 
Azalma yeni müqavilələr imzalayanlara da təsir edəcək. 
 
"çelsi" Premyer Liqada 31 oyundan sonra 39 xalla 11-ci pillədə qərarlaşıb. Komanda çempionlar Liqası zonasından 23 xal geridədir. London təmsilçisi növbəti turda səfərdə "Mançester Yunayted"lə qarşılaşacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest