Zorlama hadisəsində günahlandırılan Braziliya millisinin və "Barselona"nın keçmiş müdafiəçisi Dani Alveş həbsxanadan çıxmaq istəyir. Matc.az saytı xəbər verir ki, Barselonadakı gecə klubunda bir qıza təcavüz etməkdə ittiham olunan "sambaçı" yanvardan həbsdədi.
Onu 12 ilə qədər həbs gözləyir.
 
Bu gün Alveşin vəkilləri hakimdən onun müvəqqəti azadlığa buraxılmasını istəyiblər. Vəkillər ilkin azadlığa çıxmağın zəruriliyini qurbanla cinsi əlaqənin razılıq əsasında olması ilə əsaslandırırlar.
 
Sübut kimi vəkillər gecə klubunda müşahidə kameralarının çəkdiyi şəkillərlə bağlı ekspertiza rəyi veriblər. Müdafiə tərəfinin sözlərinə görə, şəkillər təqsirləndirilən şəxsin cinsi əlaqədən əvvəl flört etdiyini, birlikdə rəqs edib içki içdiyini, qızın könüllü olaraq futbolçu ilə getdiyini təsdiqləyir. Bundan əlavə, vəkillər məhkəməni Daninin İspaniyanı tərk etməyəcəyinə inandırmağa çalışıblar.
 
Qeyd edək ki, fevralın 21-də Barselona məhkəməsi eyni arqumentlərə əsaslanaraq Alveşin azadlığa buraxılması tələbini rədd etmişdi.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest