"Barselona"nın prezidenti Joan Laporta UEFA-nın rəhbəri Aleksander çeferinlə görüşəcək. Matc.az saytı xəbər verir ki, Laporta bu məqsədlə Sloveniyaya yollanıb.
 
Tərəflər Kataloniya klubuna qarşı mümkün sanksiyalar məsələsini, həmçinin Superliqa layihəsini müzakirə edəcəklər.
 
Qeyd olunur ki, UEFA hazırda məsələni qiymətləndirməkdən yayınır, qitə futbol qurumu İspaniya təmsilçisi ilə dialoq aparmağa hazırdı.
 
Daha əvvəl "Neqreyra işi" ilə bağlı mətbuat konfransı çərçivəsində Laporta "Tebasın tələsinə düşməyən" çeferinin savadlılığını və məsuliyyətini qabardıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest