İngiltərə Premyer Liqasının 32-ci turunda lider "Arsenal" "Sauthempton"la qollu bərabərə qalıb (3:3). Matc.az saytı xəbər verir ki, "topçular"ın yarımmüdafiəçisi Bukayo Saka 90-cı dəqiqədə fərqlənərək, komandasını məğlubiyyətdən xilas edib.
 
Bu, 21 yaşlı orta sahə oyunçusunun karyerası ərzində Premyer Liqada 30-cu qol olub. Saka "Arsenal"ın heyətində bu həddə ən gənc yaşda çatan oyunçu rekordunu ələ keçirib. İngiltərə millisinin üzvü 21 yaş 228 günündə bu göstəriciyə çatıb.
 
Saka bununla Sesk Fabreqas (22 yaş 299 gün) və Tyerri Anrini (23 yaş 131 gün) geridə qoyub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest