Türkiyə Super Liqasında XXX turun ən yaxşı qolu müəyyənləşib. Matc.az saytı xəbər verir ki, çempionatın yayım sirkəti tərəfindən azarkeşlər arasında aparılan sorğunun nəticəsi açıqlanıb.
 
Ən yaxşı qol adına namizədlər arasında "Konyaspor"un azərbaycanlı hücumçusu Mahir Emrelinin "Adana Demirspor"la matçda vurduğu top da olub. Millimizin forvardının cərimə meydanı kənarından vurduğu qol ən yaxşı ikinci seçilib. 10 mindən çox adamın iştirak etdiyi sorğuda Emreli 19 faiz səs toplayıb.
 
Onu yalnız "Qalatasaray"ın hücumçusu Dris Mertens qabaqlayıb. Belçikalının "Alanyaspor"la qarşılaşmadakı qolu 64 faiz səslə birinci olub. 
 
Qeyd edək ki, "Konyaspor" öz meydanında "Adana Demirspor"a 1:2 hesabı ilə məğlub olub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest