22 Aprel 2023, 13:57
FUTBOL
Daha əvvəl UEFA-nın "Barselona"nı Çempionlar Liqasından kənarlaşdıra biləcəyi ilə bağlı məlumat yayılmışdı.
UEFA bu yay "Neqreyra işi"nə görə "Barselona"nı cəzalandırmayacaq. Matc.az saytı xəbər verir ki, qitə futbol qurumu məsələni araşdırmağa başlamazdan əvvəl məhkəmə proseslərinin yekunlaşmasını gözləyəcək.
Daha əvvəl UEFA-nın "Barselona"nı çempionlar Liqasından kənarlaşdıra biləcəyi ilə bağlı məlumat yayılmışdı. Lakin dünən kataloniyalıların prezidenti Joan Laporta UEFA rəhbəri Aleksander çeferinlə görüşdə günahsız olduqlarını inandırmağı bacarıb.
Qeyd edək ki, Barselona prokurorluğu kluba və onun keçmiş prezidentləri Xosep Bartomeu ilə Sandro Roselə qarşı texniki hakimlər komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Neqreyraya ödənişlərdə mümkün korrupsiya faktı ilə bağlı iddia qaldırmışdı.