"Real"ın hücumçusu Kərim Benzema klub tarixinin ən çox qələbə qazanan ikinci oyunçusu ünvanını ələ keçirib. Matc.az saytı xəbər verir ki, ulduz futbolçu La Liqanın 30-cu turunda "Selta" ilə görüşdə bunu reallaşdırıb.
 
Fransalı forvard "kral klubu"nun heyətində qələbə sayında sabiq kapitan Serxio Ramosa çatıb. Hazırda hər ikisinin aktivində 437 qalibiyyət var. Bu baxımdan rekordçu əfsanəvi qapıçı İker Kasilyasdı. Keçmiş qapıçı madridlilərlə 463 qələbə əldə edib.
 
Qeyd edək ki, 2009-cu ildən "Real"ın formasını geyinən Kərim Benzema bu mövsüm 36 oyunda 26 qol vurub, 6 məhsuldar ötürmə verib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest