30 yaşlı qolkiper Azərbaycan çempionatları tarixində 150 görüş həddinə çatan 20-ci qapıçı olub. Sadıqlı bu qarşılaşmalarda qapısında 205 qol görüb.

Misli Premyer Liqasının XXXI turunda "Şamaxı" ilə oyun "Kəpəz"in qapıçısı Orxan Sadıqlı üçün əlamətdar olub. Matc.az saytı xəbər verir ki, 1:1 hesabı ilə yekunlaşan qarşılaşma onun ölkə çempionatında 150-ci oyunu olub.
 
30 yaşlı qolkiper Azərbaycan çempionatları tarixində 150 görüş həddinə çatan 20-ci qapıçı olub. Sadıqlı bu qarşılaşmalarda qapısında 205 qol görüb.
 
Qeyd edək ki, Orxan Sadıqlı Azərbaycan Premyer Liqasında 2012-13 mövsümündə debüt edib. O, həmin vaxt "Xəzər Lənkəran"ın formasını geyinib. Orxan karyerası ərzində "Şamaxı", "Zirə" və "Sumqayıt"ın da şərəfini qoruyub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest