Beer Şeva "Hapoel"inin hücumçusu Patrik Klimala Yerusalem "Hapoel"i ilə oyunda nasist salamı verməkdə ittiham olunduqdan sonra üzr istəyib. Matc.az saytı xəbər verir ki, polşalı futbolçu qol vurduqdan sonra əlini qaldıraraq salam verib və israilli azarkeşlərin tənqidinə səbəb olub.
 
Dərhal məsələyə reaksiya verən Klimala yanlış anlaşıldığını söyləyib: "Qol bayramı zamanı etdiyim jest tamamilə səhv başa düşülüb. Hər iki ölkənin tarixinə hörmətlə yanaşan bir polyak kimi mən heç vaxt nasist salamı verməyi düşünməmişəm. Qol vurduqdan sonra azarkeşlərimizə salam vermək istədim. Başqa heç nə ola bilməz".
 
Qeyd edək ki, Beer Şeva "Hapoel"i səfərdə 2:1 hesablı qələbə qazanıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest