"Zenit"in sabiq hücumçusu Aleksey Qasilin Sankt-Peterburq klubunun keçmiş baş məşqçisi Mirça Luçesku barədə xoşagəlməz ifadələr işlədib. Matc.az saytı xəbər verir ki, 27 yaşlı futbolçu rumıniyalı mütəxəssisi indiyə qədər klubda çalışmış əsas şarlatan adlandırıb.
 
Qasilin bildirib ki, Luçesku 2016-17 mövsümündə çalışdırdığı "Zenit"də ona çox oyun şansı sözü versə də, buna əməl etməyib: "Deyə bilərəm ki, Luçesku "Zenit"də çalışmış əsas şarlatandır. "Şalke"dən sonra məndən "Zenit"də qalmağı istədi, çalışdığı ən istedadlı futbolçulardan biri olduğumu dedi, böyüməyə kömək edəcəyinə söz verdi. Amma bütün bunlar boş sözlər oldu. Mən yalnız "Zenit-2"də oynamışam".
 
Qeyd edək ki, hazırda Medialiqada çıxış edən həvəskar komanda olan "Amkal"ın formasını geyinən Aleksey Qasilin "Zenit"in heyətində cəmi 2 matç keçirib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest