Almaniya millisi iyunda yoxlama görüşü keçirəcək. Matc.az saytı xəbər verir ki, iyunun 12-də baş tutacaq qarşılaşmadakı rəqib də artıq məlumdu.
Bundestim həmin gün Ukrayna yığması ilə beynəlxalq yoldaşlıq görüşündə üz-üzə gələcək. Bu, Almaniya millisi tarixinin 1000-ci qarşılaşması kimi əlamətdar olar. Almaniya Futbol Assosiasiyasının (DFB)  prezidenti Bernd Noyendorf bununla Ukraynaya dəstək nümayiş etdirdiklərini vurğulayıb.
 
Xeyriyyə xarakterli qarşılaşma Bremendə baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest