"Konyaspor"un formasını geyinən Azərbaycan millisinin hücumçusu Mahir Emreli mövsümün sonunda Zaqreb "Dinamo"suna qayıda bilər. Matc.az saytının Xorvatiya mətbuatına istinadən məlumatına görə, baş məşqçi İqor Bişçan 25 yaşlı forvardın xidmətində maraqlıdı.
 
Emreli qış fasiləsində sabiq çalışdırıcı Ante çaçiçin qərarı ilə icarəyə verilən oyunçulardan biridi. Ancaq mövsüm sona yaxınlaşdıqca komandada zədəli oyunçuların sayının artması Bişçanın narazılığına səbəb olub. O, sələfinin heyəti kasadlaşdırmasından şikayətçi olub.
 
44 yaşlı mütəxəssis növbəti mövsüm həm çempionatda, həm də avrokuboklarda uğurlu çıxış etmək üçün heyətin geniş olmasının tərəfdarıdı. Bu üzdən çalışdırıcı həm Emrelinin, həm də digər klublarda icarədə olan digər futbolçuların yayda kollektivə qoşulmasını arzulayır.
 
Qeyd edək ki, Mahir Emrelinin "Konyaspor"la icarə müqaviləsi mövsümün sonuna qədərdi. Türkiyə klubu millimizin üzvünü 1,5 milyon avro qarşılığında transfer etmək hüququna malikdi. Onun "Dinamo" ilə müqaviləsi 2026-cı ilin yayına qədərdi.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest