25 Aprel 2023, 15:33
FUTBOL
Omar Hani "Qəbələ"nin heyətində 50 oyun həddinə çatan 36-cı oyunçudur
Misli Premyer Liqasının XXXI turunda "Sumqayıt"la oyun "Qəbələ"nin yarımmüdafiəçisi Omar Haninin yubileyi ilə yadda qalıb. Matc.az saytı xəbər verir ki, iordaniyalı futbolçu Azərbaycan çempionatında 50-ci görüşünü keçirib.
"Sumqayıt"la qarşılaşmada sonradan meydana daxil olan 24 yaşlı orta sahə oyunçusu komandasının ilk qolunun müəllifi olub. O, ötən mövsüm 21, cari mövsüm isə 29 liqa matçında iştirak edib. Hani "qırmızı-qaralar"ın heyətində aktivinə 3 qol yazdırıb.
Bununla Omar Hani "Qəbələ"nin heyətində 50 oyun həddinə çatan 36-cı oyunçudu.
Qeyd edək ki, "Qəbələ" səfərdə "Sumqayıt" üzərində 3:2 hesablı qələbə qazanıb.