"Mançester Yunayted" "Tottenhem"in hücumçusu Harri Keyn üçün müqavilə təklifi hazırlayıb. Matc.az saytı xəbər verir ki, "qırmızı şeytanlar" İngiltərə millisinin forvardını "Old Trafford"a keçməyə razı salmaq üçün həftədə təxminən 300 min funt-sterlinq ödəməyə hazırdı.
 
Yayılan xəbərlərə görə, 29 yaşlı futbolçu hələ də londonlularla gələn ilin yayında başa çatacaq sözləşməni uzatmaq üçün danışıqlara hazırdır. Keyn cari mövsüm başa çatdıqdan sonra isə digər təklifləri dəyərləndirəcək.
 
Qeyd edək ki, Harri Keyn 2011-ci ildən "Tottenhem"də çıxış edir. O, həm klub, həm də İngiltərə yığması tarixinin ən məhsuldar futbolçusudur.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest