25 Aprel 2023, 21:27
FUTBOL
"Atletiko" və "çelsi" kimi böyük komandalarda oynamaq mənə şanslı idi". Matc.az xəbər verir ki, bunu Madrid "Real"ının qapıçısı Tibo Kurtua deyib.
Onun sözlərinə görə, hazırda formasını geyindiyi komanda dünyanın ən güclüsüdür: "Real" dünyanın ən yaxşı komandasıdır. Hara getsən, bütün dünya səni tanıyır. Bu, tamamilə fərqli səviyyədir".
Kurtua 2018-ci ildən Madrid klubunda çıxış edir. O, peşəkar karyerasına Belçikanın "Genk" klubunda başlayıb, 2011-ci ildə icarə əsasında "Atletiko"ya keçib.