"Arsenal"ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasında "Mançester Siti" ilə oyundan gözləntilərini bölüşüb. Matc.az xəbər verir ki, çalışdırıcı komandasının uduzacağı təqdirdə çempion ola bilməyəcəyini bildirib:
 
"Uduzsaq, çempionluğu qazana bilməyəcəyik, bu, dəqiqdir. Rəqiblə bacardığımız qədər xal fərqini aradan qaldırmaq istəyirdik və indi də onlarla mübarizə aparırıq. Uğura inam var. Uşaqların necə məşq etdiyinə və necə reaksiya verdiyinə, soyunub-geyinmə otağındakı əhval-ruhiyyəyə və bir-birini necə qoruduğuna baxanda görürəm ki, həqiqətən də qələbə qazanmaq istəyirik".
 
Qeyd edək ki, "Mançester Siti" – "Arsenal" oyunu bu gün keçiriləcək.  
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest