"Əgər yaxşı oynasaq və bəxtimiz gətirsə, finala çıxacağıq. Yoxdursa, "İnter"i alqışlayaq". Matc.az xəbər verir ki, bunu "Yuventus"un baş məşqçisi Massimiliano Alleqri deyib. 
 
İtaliya kubokunun yarımfinal mərhələsinin "İnter"lə cavab oyunu (ilk oyun - 1:1) öncəsi danışan təcrübəli mütəxəssis bildirib ki, mövsümün bu mərhələsində bütün qarşılaşmalar həlledicidir: 
 
"çempionatda qələbə "zolağı"na qayıtmalıyıq. Biz ikinci yeri tutmaq istəyirik. Bu, gələn il Super Kubokda iştirakımıza zəmanət verəcək".
 
Qeyd edək ki, 2024-cü ildən İtaliya Superkuboku uğrunda dörd komanda - A Seriyasının ən yaxşı iki klubu və İtaliya Kubokunun hər iki finalçısı mübarizə aparacaq. 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest