Madrid "Real"ının baş məşqçisi Karlo Ançelotti La Liqanın 31-ci turunda "Jirona"ya  2:4 hesabı ilə uduzduqları oyunla bağlı fikirlərini açıqlayıb. Matc.az xəbər verir ki, italiyalı mütəxəssis komandasının müdafiə xəttindən narazı qaldığını bildirib.
 
"Belə uduzandan sonra şərh vermək çətindir. Müdafiədə pis oynadıq. Bu gün komanda sözün əsl mənasında oynamadı. Biz fərdi oyun vasitəsilə vəziyyəti dəyişməyə çalışdıq. Komanda əsəbi idi. Məğlubiyyətlər heç vaxt müsbət ola bilməz, lakin bəzən faydalı ola bilər. Müdafiədə etibarlı oyun olmadan qalib gəlmək problemli olacaq. Bu gün müdafiədə adi etibarlılığımız yox idi. Futbolçular bunu başa düşməsələr, mən bunu hər gün təkrarlayacağam".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest