26 Aprel 2023, 12:01
FUTBOL
"Xəyallar axşamı idi. Dünyanın ən yaxşı komandasından, ən yaxşı futbolçularından bir neçəsinə qarşı oynadıq və parlaq qələbə qazandıq". Matc.az xəbər verir ki, bunu "Jirona"nın futbolçusu Valentin Kastelyanos deyib.
İspaniya La Liqasının 31-ci turunda Madrid "Real"ı ilə görüşdə 4:2 hesablı qələbə qazanan "Jirona"nın bütün qollarını Kastelyanos vurub.
Bu barədə danışan futbolçu bildirib ki, bu qələbədən həzz alır: "Real"a qol vurmaq xəyal idi, amma onlara dörd qol vurmaq heç vaxt ağlıma gəlmirdi. Qələbə qazandığımız üçün çox şadam. Azarkeşlər, tərəfdaşlar üçün xoşbəxtəm".