Komandasının 4:1 hesabı ilə qalib gəldiyi görüşdə son nöqtəni qoyan norveçli çempionatda ümumi qol sayını 33-ə çatdırıb.

"Mançester Siti"nin hücumçusu Erlinq Haland növbəti rekorda imza atıb. Matc.az xəbər verir ki, norveçli forvard Premyer Liqanın XXXIII turunda "Arsenal"la görüşdə buna nail olub.
 
Komandasının 4:1 hesabı ilə qalib gəldiyi görüşdə son nöqtəni qoyan norveçli çempionatda ümumi qol sayını 33-ə çatdırıb. Bununla o, 1888-ci ildən keçirilən İngiltərə çempionatlarında bütün dövrlərin bir mövsüm üçün ən məhsuldar əcnəbi oyunçusu rekordunu təkrarlayıb.
 
O, 1951-52 mövsümündə 33 dəfə fərqlənən çilili Xorxe Robledonun göstəricisinə çatıb.
 
1-2. Erlinq Haland (Norveç / "Mançester Siti"): 2022-23 mövsümü – 33 qol
1-2. Xorxe Robledo (çili / "Nyukasl"): 1951-52 – 33 qol
3. Məhəmməd Salah (Misir / "Liverpul"): 2017-18 – 32 qol
4-5. Kriştiano Ronaldo (Portuqaliya / "Mançester Yunayted"): 2007-08 – 31 qol
4-5. Luis Suares (Uruqvay / "Liverpul"): 2013-14 – 31 qol
6-7. Tyerri Anri (Fransa / "Arsenal"): 2003-04 – 30 qol
6-7. Robin van Persi (Niderland / "Arsenal"): 2011-12 – 30 qol
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest