"İlk hissəni bəyəndim, çox yaxşı oynadıq. Oyuna nəzarət etsək də, qol buraxdıq". Matc.az xəbər verir ki, bunu "Liverpul"un baş məşqçisi Yurgen Klopp İngiltərə çempionatının 33-cü turunda "Vest Hem" üzərində qazanılan qələbəni (2:1) şərh edərkən deyib.
 
Almaniyalı mütəxəssis bildirib ki, qələbəyə baxmayaraq komandasının ilk yarıdakı çıxışını daha çox bəyənib: "İlk yarı son illərin ən yaxşısı idi. Bu mövsüm insanların bizi tanıya bilməyəcəyi oyunlarımız oldu, amma bu gün biz hələ də içimizdə olanı göstərdik və mən bundan məmnunam".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest