"Bizim həmişə inanılmaz təhlükəli hücumlarımız olub. Haland və Brüyne arasındakı əlaqə inanılmazdır". Matc.az xəbər verir ki, bunu "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə çempionatının 33-cü turunda "Arsenal" üzərində qazanılan qələbəni (4:1) şərh edərkən deyib.
 
İspaniyalı mütəxəssis bildirib ki, qələbə qazanmaq üçün mübarizə aparmaq lazımdır: "Bu gün əla mübarizə apardıq. Komandamız ardıcıl bir neçə dəfə Premyer Liqanın qalibi olub. Bu səbəbdən də mövsümün əvvəlində vaxtımızın olduğunu demişdik, amma "Arsenal" üçün hər şey əksinə idi. Hər bir qələbə final idi. Mübarizədə qalmaq üçün qalib gəlmək lazımdır. Futbolçular göstərdilər ki, hər matçda meydana qələbə üçün çıxırlar".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest