28 Aprel 2023, 10:14
FUTBOL
La Liqanın prezidenti Xavyer Tebas "Barselona"nın PSJ-nin hücumçusu Lionel Messini geri qaytarmaq variantını dəyərləndirib. Matc.az xəbər verir ki, qurum rəhbəri bunun çətinliklərindən bəhs edib.
Onun sözlərinə görə, Kataloniya klubu argentinalını qaytarmaq üçün bir neçə futbolçusu ilə vidalaşmalıdı:
"Hazırda hər şey çətindi. Hələ vaxt var, amma futbolçular getməlidi ki, maaş fondu azalsın. Bu, Messinin transferi üçün zəruri şərtdi. Digər məsələ də Messinin maaşıdı. Bir çox amillər var. "Barselona" yeni oyunçular gətirmək üçün maaşları kəsməlidi. Sanki metroda bəzilərini buraxmaq lazımdı ki, başqaları girə bilsin".
Qeyd edək ki, Lionel Messinin PSJ ilə müqavilə müddəti mövsümün sonuna qədərdi.