Axırıncı dəfə 2008-09 mövsümündə yarımfinal mərhələsinin bütün görüşlərində komandalardan biri qalib gəlib. Həmin vaxt "Qarabağ" "Bakı"nı hər iki oyunda 2:1 hesabı ilə məğlub edib.

Azərbaycan Kubokunun yarımfinal mərhələsində keçirilən 4 oyunun heç birində heç-heçə qeydə alınmayıb. Matc.az saytı xəbər verir ki, 14 ildən sonra ilk dəfə belə hal yaşanır.
 
Yafımfinalda "Neftçi" ilə "Turan Tovuz"un görüşlərində hər iki komanda öz meydanında qalib gəlib. Tovuzlular 1:0, bakılılar 2:0 hesablı qələbəyə sevinib. Digər cütdə isə "Qəbələ" hər iki qarşılaşmada "Səbail"dən güclü olub - 3:2, 1:0.
 
Son 14 mövümün hamısında ən azı bir yarımfinal qarşılaşmasında bərabərlik qeydə alınıb. Yalnız 2019-20 mövsümündə koronavirus pandemiyası səbəbindən 1/4 finaldan sonrakı matçlar oynanılmayıb.
 
Axırıncı dəfə 2008-09 mövsümündə yarımfinal mərhələsinin bütün görüşlərində komandalardan biri qalib gəlib. Həmin vaxt "Qarabağ" "Bakı"nı hər iki oyunda 2:1 hesabı ilə məğlub edib. Digər cütün duelində "İnter" "Qəbələ"ni evdə 5:0 üstələyib, səfərdə rəqibinə 0:2 yenilib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest